Sabiq icra başçısı oğlunun şəhid olduğu yerə getdi - FOTO

Vətən müharibəsinin şəhidi, baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlunun döyüşdüyü və həlak olduğu Hadrut rayonuna gedib.

 Füzuli rayonunun keçmiş icra başçısı olan Nofəl Qasımov oğlu Səid Rəşidzadənin uşaqlıq və məzar daşı fotolarını paylaşıb.

“Məni təbrik edənlərin hamısına minnətdaram, getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya. Səidin sancdığı bayrağı dəyişməyə, yəni Hadruta. Getdim və gəldim! Mən ömrümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda oğlum Səidə həsəd apardım. İlahi, bunlar bura necə çıxıblar?” - deyə şəhid atası qeyd edib.

Qeyd edək ki, Səid Rəşidzadə 1990-cı ilin yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub.

Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant 2020-ci il oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.///oxu.az

 

Tarix
4 May 2021 [10:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-04 10:55:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin