Mexikoda körpünün uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb - FOTO/VİDEO

09:41 - 4 May 2021 - DÜNYA

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mexiko meri Klaudiya Şeynbaum Pardo bildirib.

Onun sözlərinə görə, paytaxtın cənub-şərqində yerləşən Olivos və Tesonko stansiyaları yaxınlığında qeydə alınan hadisədə, təxminən, 70 nəfər yaralanıb. Metro körpüsünün üzərindən qatar keçərkən aşdığı bildirilir.

Hadisənin baş verdiyi əraziyə bütün girişlər bağlanıb, yalnız təcili yardım maşınlarının girişinə icazə verilir.

 


Xəbər xətti