“Microsoft”un qurucusu Bill Qeyts həyat yoldaşı Melinda ilə boşanıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb. “Münasibətlərimiz üzərində çox düşündükdən sonra evliliyimizə son vermək qərarını gəldik”, - deyə Qeyts bildirib.
Qeyd edək ki, Bill Qeyts həyat yoldaşı Melinda ilə 27 il bundan əvvəl ailə qurmuşdu.