Lənkəranda 20 yaşlı qadın doğuşdan sonra dünyasını dəyişib

22:58 - 3 May 2021 - HADİSƏ

Lənkəranda ana ölümü baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Lerik sakini, 2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva doğuşdan sonra ölüb.

Mərhum qadın övladını dünyaya gətirdikdən sonra həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Körpənin həyatını isə xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti