Türkiyədə bu gün daha 24 733 nəfər COVID-19-a yoluxub

22:30 - 3 May 2021 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 347 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 243 648 nəfər test edilib, onlardan 24 733-nün koronavirus testi pozitiv nəticə verib, 35 438 nəfər sağalıb, 3 438 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə  bu infeksiyadan ümumilikdə  41 191 nəfər ölüb.

Xəbər xətti