Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada öldü

13:41 - 3 May 2021 - HADİSƏ

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Mayın 2-də saat 13 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində rayon sakini F.Alıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nazim Hacıyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti