Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub.
Bu barədə “Qafqazinfo”ya sənətçinin keçmiş gəlini Canana məlumat verib.
Onun sözlərinə görə, beş gün əvvəl qayınanası və eks-ərində “COVID-19” aşkarlanıb:
“Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”.