Balakəndə mağaza yanıb

09:18 - 3 May 2021 - HADİSƏ

Balakəndə yanğın olub. 

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları və dam örtüyü yanıb.
Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti