İran XİN rəhbəri üzr istədi

22:33 - 2 May 2021 - DÜNYA

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iranlı iqtisadçı Səid Lilyazla söhbəti zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani ilə bağlı dediklərinə görə üzr istəyib.

Məlumata görə, bu barədə “Mehr” xəbər agentliyi xəbər yayıb.

Qeyd edək ki, bu ilin mart ayında Zərif Lilyazla söhbətində bir il əvvəl İraqda ABŞ-ın hava hücumu nəticəsində həlak olan general Süleymaninin Tehranın xarici siyasətində rəsmi Moskva ilə danışıqlarda mühüm rol oynadığını demişdi.///Apa

 

Xəbər xətti