Sabirabadda ”КамАЗ” aşıb

13:52 - 2 May 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində ”КамАЗ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti