Bakıda çoxmərtəbəli binada yanğın olub - FOTO/VİDEO

10:23 - 2 May 2021 - HADİSƏ

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanında 1 ədəd dolab yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


09:40

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsindəki çoxmərtəbəli binalardan birində baş verib.

Hazırda binanın yuxarı mərtəbələrindən birində yerləşən mənzildə yanğın davam edir.

Yanan mənzildən ətrafa qara tüstü və duman yayılır.

Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib.


Xəbər xətti