Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

09:05 - 2 May 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb. Minik avtomobillərinin toqquşması zamanı 1990-cı il təvəllüdlü Mahmudov Elşən Elşad oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti