Sumqayıtda daha bir müəllim koronavirusdan vəfat edib

23:43 - 1 May 2021 - HADİSƏ

Sumqayıtda müəllim koronavirusdan dünyasını dəyişib.

“Report” xəbər verir ki, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin müəllimi Məsudə Səfərəliyeva COVID-19-dan vəfat edib.
M.Səfərəliyeva orta məktəbdə riyaziyyat fənnini tədris edib.

Qeyd edək ki, ötən gün İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Y.Cəbrayılova COVID-19-dan vəfat edib.

Xəbər xətti