Qırğız-tacik sərhədində münaqişədə ölənlərin sayı 34 nəfərə çatıb

19:19 - 1 May 2021 - DÜNYA

​Qırğız-tacik sərhədində silahlı münaqişə zamanı həlak olmuş sakinlərinin sayı 34-ə yüksəlib.

Bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi şənbə günü bildirib.
"Son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 173 nəfər təşkil edir, onlardan 34-ü həlak olub”, - xəbərdə deyilir.

Nazirliyin məlumatına görə, 173 zərərçəkmiş arasında 31 hərbi, 1 tibb işcisi və 131 mülki sakin var. "Daha 10 zərərçəkmiş üzrə məlumatlar dəqiqləşdirilir", - Səhiyyə Nazirliyində əlavə ediblər.///trend

Xəbər xətti