Bakıda qatarla vurulan qadın ölüb.
APA xəbər verir ki, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
***
19:00
Bakıda qadını qatar vurub.
APA-nın xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. 1985-ci il təvəllüdlü Əlizadə Həmidə Talıb qızı qatar vurması nəticəsində xəsarət alıb.
Qadının vəziyyətinin ağır olduğu bildirilir.