Cəlilabadda yol qəzası olub, yaralılar var

15:46 - 1 May 2021 - HADİSƏ

Cəlilabad rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Uzuntəpə yolununda qeydə alınıb.

Belə ki, rayon sakini Mehdiyev Məhərrəm Əvəz oğlu idarə etdiyi "VAZ-2101" markalı minik avtomobilini aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişinləri Doduyev Anar Əilsahib oğlu və Ağayev Murad Zakir oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti