Beyləqanda ağır qəza baş verib, sürücü ölüb

12:52 - 1 May 2021 - HADİSƏ

Beyləqanda sürücünün ölümü ilə nəticələnən avtoqəza baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, rayonun Qəhrəmanlı qəsəbəsi ərazisində Kəlbəcər rayon sakini Ağasif Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Qəza nəticəsində ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

Fakta bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti