Su anbarında naməlum kişi meyiti tapılıb

12:10 - 1 May 2021 - HADİSƏ

Şabran rayonunda Taxtakörpü su anbarında aşkar edilmiş naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 1 nəfərin meyiti qəza nəticəsində deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Xəbər xətti