Şirvanda 20 yaşlı gənc özünü Kürə atıb

00:35 - 1 May 2021 - HADİSƏ

Şirvan sakini, 2001-ci il təvəllüdlü Abuzərov Nurlan Firdovsi oğlu özünü Kür çayının üzərindəki körpüdən suya atıb.  

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, son anda dəmir parçasından yapışan gənci kəndir vasitəsilə sudan xilas etmək mümkün olub.  Uzun müddət suda qalan N.Abuzərov Təcili Tibbi Yardım Xidməti tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Şirvan Polis şöbəsinin əməkdaşları cəlb olunub.
Hüquq-mühafizə orqanları 20 yaşlı gəncin intihara cəhd etmə səbəbini araşdırır.

Xəbər xətti