Rusiya Aİ-nin 8 vətəndaşına ölkəyə girişi qadağan edib

23:18 - 30 Aprel 2021 - DÜNYA

Rusiya Avropa İttifaqının (Aİ) 8 vətəndaşına və qurumun rəsmi strukturunun nümayəndələrinə ölkəyə girişi qadağan edib. 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Moskvanın sanksiyalar siyahısında Avropa Parlamentinin rəhbəri Daid Mariya Sassoli də var.
“Avropa İttifaqı Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı birtərəfli qanunazid məhdudlaşdırıcı tədbirləri tətbiq etməyə davam edir. Təkcə elə bu ilin mart ayında 6 Rusiya vətəndaşı Avropa ittifaqının qeyri-qanuni sanksiyasına məruz qalıb”,- deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

Xəbər xətti