NASA helikopterinin Marsda dördüncü uçuşu uğursuz olub

08:52 - 30 Aprel 2021 - DÜNYA

Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı “İngenuity” adlı kəşfiyyat helikopteri planetin səthi üzərində dördüncü uçuşunu da həyata keçirə bilməyib.

Bu barədə “Report” NASA-ya istinadla xəbər verir.
Mütəxəssis qrupu məlumatları qiymətləndirir və tezliklə daha bir cəhd etmək niyyətindədir. Mütəxəssislər helikopteri Mars səthindən beş metr hündürlüyə qaldırmağı planlaşdırır.

Qeyd edək ki, “Perseverance” 2020-ci il iyunun 20-də ABŞ-ın Floridadakı “Cape Canaveral” Kosmik Stansiyasından buraxılıb. Aparat 7 ay müddətinə 470 milyon km-lik yol qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib.

Xəbər xətti