Bakıda 43 yaşlı kişi boğazından bıçaqlanıb

00:18 - 30 Aprel 2021 - HADİSƏ

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

​​​​​​​APA xəbər verir ki, hadisə Sabunçu vağzalının yaxınlığında qeydə alınıb.

1978-ci il təvəllüdlü Əbdülhüseynov Taleh Qara oğlu naməlum şəxs tərəfindən boğazından bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti