Polis Qubada silah-sursat aşkarlayıb - Foto

11:51 - 29 Aprel 2021 - HADİSƏ

Qubada polis əməliyyat zamanı silah-sürsat aşkarlayıb.

Polis əməkdaşları tərəfindən Quba rayonu, 2-ci Nügədi kənd sakini, 1981-ci il təvəllüdlü Elçin Əliməmməd oğlu Əlibalayevin evindən və ona məxsus fermadan 1 ədəd üzərində "И-3163" yazılan 32 mm çaplı tüfəng, Kalaşnikov avtomatına məxsus 11 eded 7,62 mm çaplı patron, hərəsindən bir eded olmaqla 12, 16 ve 32 mm çaplı tüfəng patronları, 1 ədəd tiyəsinin üzərində "AXK-2384" yazılan bıçaq, 1 ədəd üzərində "Spirtotek F-9000" yazısı olan əleyhqaz götürülüb.

Daha bir əməliyyat zamanı Quba rayonu, Qarxun kəndində yaşayan 1967-ci il təvəllüdlü Şirvanov Eldar Həmzə oğlunun yaşadığı evin damından 1 ədəd TOZ-8 markalı üzərində "80726" nömrəsi yazılan 5,6 mm çaplı yivli tüfəng, 1 ədəd Karabin markalı, üzərində "AE-506" yazılan 7.62 mm çaplı yivli tüfəng, 1 ədəd "K" markalı, üzərində "07927" yazılan 16 mm çaplı tüfəng, 1 ədəd üzərində nömrəsi oxunmayan 16 mm çaplı təklülə tüfəng, Kalaşnikov əl pulemyotuna məxsus 134 ədəd dolu patron, 47 ədəd boş patron, TOZ-8 tüfənginə məxsus 37 ədəd patron, 17 ədəd Kalaşnikov avtomatına məxsus 7.62 mm çaplı patron, 12 ədəd AKS avtomatına məxsus 5.45 mm çaplı patron, 16 mm çaplı 50 ədəd dolu tüfəng patronu, 37 ədəd boş gilizi, 34 ədəd böyük kürəşəkilli və 9 ədəd kiçik kürəşəkilli qırmalar aşkarlanaraq götürülüb.

Əməliyyat zamanı məlum olub ki, Laçın rayonu, Pircahan kəndində qeydiyyatda olan Quba rayonunun 2- ci Nügədi kəndində məskunlaşan 1983-cü il təvəllüdlü Emin Nadir oğlu Quliyev TOZ-8 markalı tüfəngi təxminən 2018-ci il tarixində Eldar Şirvanova pay verib.

Xəbər xətti