Şəhid Xudayara görə vətəndaşı döyən şəxsləri polis axtarır

10:50 - 29 Aprel 2021 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisini döyməkdə şübhəli bilinən şəxslərin müəyyən olunması istiqamətində müvafiq tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Açıqlamada qeyd olunur:

"Sosial şəbəkələrdə yayılmış, vətəndaşa fiziki təzyiq göstərilməsini əks etdirən videogörüntülərdən məlumatlıylıq. Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli bilinən şəxslərin müəyyən olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir".

Xatırladaq ki, ötən gecə sosial şəbəkələrdə bir gəncin döyülməsi ilə bağlı videogörüntülər yayılıb. Bildirilir ki, həmin şəxs "Xudayar (şəhid Xudayara Yusifzadə) çoxdandı təzə mahnı buraxmır" zarafatı etdiyi üçün döyülüb.

 

Xəbər xətti