Abşeronda fəhlə faciəvi şəkildə ölüb

10:05 - 29 Aprel 2021 - HADİSƏ

Aprelin 28-də saat 13 radələrində Abşeron rayonu ərazisində yerləşən asfalt-beton zavodunda 1973-cü il təvəllüdlü Mövludov Cəmşid Mövlud oğlunun yük avtomobilinin altında qalaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla Abşeron rayonunda yerləşən “14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin  asfalt-beton zavodunda fəhlə işləyən Cəmşid Mövludovun yükün boşaldılması zamanı yük avtomaşınının altında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbər xətti