Bakıda yaşayış binasında yanğın olub

09:44 - 29 Aprel 2021 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb. Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti