Bakıda motosiklet sürücüsü yeniyetməni vuraraq hadisə yerindən qaçdı

09:20 - 29 Aprel 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb. Qədirli küçəsində evlərinin yanında yolu keçən 2007-ci il təvəllüdlü Vəlibəyov Nihad Nazim oğlunu motosiklet vuraraq hadisə yerindən qaçıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı rayon Polisi tərəfindən araşdırılır.///report

Xəbər xətti