Bakıda ər arvadını və qayınanasını bıçaqladı

00:02 - 29 Aprel 2021 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Məcidova Aysel Asəf qızı və anası, 1973-cü il təvəllüdlü Əzizova Arzu Məzahim qızı kürəkəni tərəfindən bıçaqlanıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti