Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır kütlə düşüb

22:11 - 28 Aprel 2021 - HADİSƏ

Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır kütlə düşərək ona xəsarət yetirib.

Hadisə Sabirabad rayonunun Qaralar kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Cəfərov Nuhin Səyyub oğlunun üzərinə ağır kütləli əşyanın aşması nəticəsində daxili orqanı zədələnib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yeniyetmə qara ciyərin ciddi zədəsi diaqnozu ilə əməliyyata götürülüb. Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti