Tovuz sakini dava zamanı bıçaqlanıb

20:51 - 28 Aprel 2021 - HADİSƏ

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

1977-ci il təvəllüdlü Qasımov Rəhim Şəhriyar oğlu 1977-ci il təvəllüdlü Həsənov Şaban Şirin oğlu ilə mübahisə edib. Bu zaman Həsənov Şaban Qasımov Şəhriyara bıçaq xəsarəti yetirib. Şəhriyar isə Şabanı küt alətə xəsarət yetirib.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Qasımov Şəhriyar əməliyyat olunub. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti