Qonşusunu boğub öldürən 18 yaşlı oğlanın məhkəməsi başlayır

10:19 - 28 Aprel 2021 - HADİSƏ

Abşeron rayonunun Saray qəsəbəsində qonşusunu boğaraq öldürən­­­­ 18 yaşlı Əliyev İsmayıl Nəvahi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, bu il yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyiti aşkarlanıb. Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən oldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.///report

Xəbər xətti