Oğuzda minik avtomobili yanıb - Foto

17:29 - 27 Aprel 2021 - HADİSƏ

Bu gün saat 16.00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Oğuz rayonu  Bucaq kəndi ərazisindən keçən hissəsində avtomobil yanıb.

Ağdam rayonunda anadan olan və hazırda Bakı şəhərində yaşayan Hüseynzadə Zəfər Musa oğlunun idarə etdiyi “Mercedes” markalı 90 UX 725 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobildə yanğın olub.

Hadiyə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin mühərrik və salonu yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti