Müğənni Roza Zərgərli "SözBaz" verilişinin qonağı olub.
Sənətçi bədən quruluşunu plastik əməliyyatla düzəltdirdiyini iddia edənlərə səslənib. İfaçı Əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan qalmaqaldan bəhs edib:
"Elza ilə düşmən deyiləm. O məni yandıran insan da deyil. Elza yaşca məndən böyük olan, gündəmdə qalıb 3-5 manat qazanmaq istəyən adamdır. Elza bəstəkar kimi mənim gözümdə yüksək təbəqədə ola bilər. İfaçı, xanım, sənət yoldaşım, rəfiqəm kimi isə yox. Çünki mən ona qarşı heç vaxt pis olmadım. Hörmətsizlik etmədim. Mən ona "Elza" deyə belə müraciət etmədim. O isə dedi ki, "fiquranla məşğul ol". Mənim bədən quruluşumun harasınınsa əməliyyatla başa gəldiyini sübut edən bir nəfər olsa, tibbi dəlillərlə qarşıma gəlsə, ona 10 min manat verəcəm".///axsam.az