Yol polisi Qaxda reyd keçirib - cərimələnənlər var

13:58 - 27 Aprel 2021 - ÖLKƏ İÇİ

Qax Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati protokol tərtib olunub.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Xəbər xətti