Samuxda yas mərasimi keçirmək istəyən şəxslər aşkarlandı

13:33 - 27 Aprel 2021 - HADİSƏ

Aprelin 26-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qiyaslı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək yas mərasimini dayandırıb.
Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-də həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Xəbər xətti