Azərbaycanda daha bir məşhur koronavirusdan vəfat etdi

10:40 - 27 Aprel 2021 - HADİSƏ

Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib. Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, S.Əvəzoğlu koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb.

Xəbər xətti