Xırdalanda 51 yaşlı qadına qonşusu küt alətlə xəsarət yetirdi

08:52 - 27 Aprel 2021 - HADİSƏ

Abşeronda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü İslamova Təyyarə Əkbər qızının baş nahiyəsinə qonşusu tərəfindən küt alətlə zərbə endirilib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona təpə nahiyəsinin əzilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti