Bakı-Qazax yolunda “KamAZ” aşıb

00:49 - 27 Aprel 2021 - HADİSƏ

Bakı-Ələt-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1986-cı il təvəllüdlü Məmmədov Xəlil Maarif oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə qəzaya düşüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona burnun və döş qəfəsinin əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti