Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişdi.
Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə sənətçinin həmkarları məlumat veriblər.
Qeyd edək ki, 70 yaşlı müğənni koronavirusdan dünyasını dəyişdi.
Baloğlan Əşrəfov 1951-ci il oktyabr ayının 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur.
1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.