Bakıda avtomobil iki piyadanı vurdu

23:25 - 26 Aprel 2021 - HADİSƏ

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Ramana qəsəbəsində 1996-cı il təvəllüdlü Allahverdiyev Elnur Səfər oğlu və 1980-cı il təvəllüdlü Səfərov Samir Mirzə oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
E.Allahverdiyevə baldırın əziyi, S.Səfərova isə sağ baldırın açıq sınığı diaqnozu qoyulub.

Xəbər xətti