Bərdədə içində avtomobil olan təmir sexi yanıb

18:22 - 26 Aprel 2021 - HADİSƏ

Bərdədə avtomobil təmiri sexi yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 304 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən ikisinin yanar konstruksiyaları 70 m² sahədə və içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bitişik sexlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti