Gənc pop müğənnilər üçün hər il keçirilən məşhur “Novaya valna” (Yeni dalğa) beynəlxalq müsabiqəsinin finalçıları bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, finalçıların seçimini yarışmanın musiqi prodüseri Anastasiya Muxina, müsabiqənin direktoru Aleksandr Revzin və münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti İqor Krutoy edib.
Onlar arasında Azərbaycanın “Avroviziya – 2016” təmsilçisi, populyar müğənni Səmra Rəhimli də var.
Beynəlxalq Musiqi Yarışması 19-25 avqust tarixlərində Soçidə keçiriləcək. Finalçılar arasında Avstraliya, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, İspaniya, İtaliya, Niderland, Serbiya və Rusiya təmsilçiləri də yer alıb.