Azad olunan ərazilərdə daha 100 mina aşkarlanıb

14:23 - 26 Aprel 2021 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan verilən məlumata görə, aprelin 19-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 18 mina və 79 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 90,8 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xəbər xətti