Koronavirus xəstəsi mağazada aşkarlanıb - Foto

13:35 - 26 Aprel 2021 - HADİSƏ

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi mağazada aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb olunan rayon sakini Eldəniz Yusifova sosial izolyasiya qaydalarına riayət etməsi barədə xəbərdarlıq edilib.

Buna baxmayaraq o, qaydaları pozaraq mağazaya gedib, digərlərinin də həyat və sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

E.Yusifov barəsində cinayət işi başlanılıb.

Xəbər xətti