Yasamalda iki avtomobil toqquşub - qadın sürücü xəsarət alıb

07:54 - 26 Aprel 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Ələsgərova Səadət Əlihüseyn qızı müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti