Kraliçanın avtomobili 471 minə satılır - Foto

00:09 - 26 Aprel 2021 - MARAQLI

Böyük Britaniya kraliçası II Yelizavetanın şəxsi avtomobili hərraca çıxarılıb.

“Bentley Mulsanne” markalı maşının ilkin auksion qiyməti 200 min funt-sterlinq (271 min 300 manat) dəyərində müəyyən edilib.

Avtomobil “Braley Motor Car” şirkəti tərəfindən satışa çıxarılıb.
Maşının satışı və strukturu haqqında “MailOnline”a müsahibə verən şirkət rəsmisi Cek Morqan-Cons,  bu avtomobilin kraliça üçün mənəvi dəyərinin böyük olduğunu və daha da baha qiymətə satılacağını ümid etdiyini bildirib./axsam.az


Xəbər xətti