Bakıda FACİƏ: Üzərinə darvaza aşan 7 yaşlı uşaq öldü

23:37 - 25 Aprel 2021 - HADİSƏ

Bakıda bədbəxt hadisə baş verib. 

Hadisə Sabunçu rayonunda qeydə alınıb.  Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb.

Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti