Dneprdə azərbaycanlı oğlunun gözü önündə güllələndi - Video

23:16 - 25 Aprel 2021 - HADİSƏ

Ukraynanın Dnepr şəhərində azərbaycanlı güllələnib.

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, hadisə “Artist” restoranının yaxınlığında baş verib. Belə ki, azyaşlı övladı ilə birlikdə avtomobildə olan Anar Məmmədov naməlum şəxsin silahlı hücumuna məruz qalıb.

Hücum anında Məmmədov maşından çıxaraq qaçmağa başlayıb və relslərin üzərinə yıxılıb. Bu zaman qatil daha bir neçə dəfə atəş açıb.
Məlumata görə, maşında olan uşaq xəsarət almayıb. Yaxınlıqda olan şəxslər onu təhlükəsiz əraziyə gətiriblər və daha sonra anasına bu barədə məlumat veriblər.

Hazırda polis faktla bağlı müxtəlif maddələr üzrə araşdırma aparır.

Xəbər xətti