Sabirabadda 3 otaqlı ev yanıb

20:23 - 25 Aprel 2021 - HADİSƏ

Sabirabad rayonunda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Minbaşı kəndində ümumi sahəsi 112 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti