Saatlıda minik maşını traktorla toqquşub

13:09 - 25 Aprel 2021 - HADİSƏ

Saatlıda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində qeydə alınıb. VAZ 2107 markalı avtomobil yolda hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Saatlı xəstəxanalarına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti